ПРОЕКТЫ


 Bakı şəhəri Xəqani küçəsində yerləşən M.F.Axundov adına kitabxananın yenidənqurması və texniki təchizatı.

M.F.Axundov adına kitabxananın binası keçən əsrin 50 – ci illərinin sonlarında SSRİ Xalq memarı, Sosialist Əmək Qəhrəmanı, akademik Mikayıl Ələsgər oğlu Useynovun layihəsi əsasinda tikilib. Bina Azərbaycanın memarlıq irsinin ənənəvi forma və nümunələrinin istifadəsi və yaradıcılığin dərk edilməsinin bariz nümunəsidir. Şübhəsiz ki, Azərbaycanın Sovet dövrünə aid memarlığınin incilərindən birini təşkil edir.
Kitabxananın yenidənqurma və təchizat layihəsi M.Useynovun müəllif layihəsi ilə nəzərdə tutulmuş R.Behbudov küçəsi və Nizami küçəsində əlavə mərtəbənin tikintisi, həmçinin SSRİ o zamankı rəhbəri N. Xruşov tərəfindən elan edilmiş “memarlıqda ifratçılıqla” mübarizə kampaniyasının nəticəsi kimi qənaət baxımından tikinti zamanı həyata keçirilməmiş fasadların dekorunun çoxsaylı elementlərinin tikintisi nəzərdə tutulub. Akademik M.Ə.Useynovun müəllif çertyojları əsasında əsas otaqların interyerlərinin dekorunun elementləri bərpa edilir.
Texniki yenidən təchiz etmə ədəbiyyatın qorunması, həmçinin ikiqat artımını, saxlanılma şəraitinin yüksək səviyyəsini, texnoloji prosseslərin tam avtomatlaşdırılmasını təmin edir.