ПРОЕКТЫ


Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyası.

“Azadlıq prospekti” stansiyası Bakı Metropoliteninin ən sonuncu və texniki cəhətdən yüksək təchiz olunmuş stansiyasıdır. Stansiyanın həm daxili məkanının , həm də xarici elementlərinin eksklüziv dizaynı yüksək peşəkarlıq rəyi almışdır. Xüsusi cizgilər əsasında hazırlanmış perron çilçıraqların hər birinin 54 m2 sahəsi olmaqla onlar müxtəlif rejimlərdə işləmək qabiliyyətinə malik olan çox səviyyəli kompozisiya təşkil edir. Stansiyanın dəhlizləri və keçidləri fərdi işıqlandırma sistemi ilə təchiz edilmiş, Azərbaycan memarlıq abidələrini əks etdirən üzərində heykəltəraşlıq pannoları olan divarları və döşəməsi incə naxışlarla bəzədilmişdir.