ПРОЕКТЫ



Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında
“Əbədi Məşəl” monumenti.


“Əbədi Məşəl” monumenti 1998 – ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əlirza oğlu Əliyevin sərəncamına əsasən layihələndirilmiş və tikilmişdir.
8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən ( türbədən ) ibarətdir.
Sərdabənin divarlarını bəzəyən zərif şəbəkə monumental tikiliyə müəyyən xəfifliyi, hava kimi şəfaflığı bağışlayır. Gecə səmasında parlayan qızılı rəngli günbəz şəhər üzərində uçan Azərbaycanın müstəqilliyi uğurunda canını fəda etmiş şəhidlərin ruhunu təcəssüm etdirir.