Haqqımızda


“El & En” şirkətinin növbəti uğuru

Bu ilin 5-8 may tarixində İsveçrənin Montrö şəhərində keçirilən Avropa Biznes Asambleyası Rəyasət Heyətinin növbəti toplantısında, “El & En” Architecture Design şirkətini liderlik qabiliyyəti, insan resurslarının idarə edilməsi, siyasət və strategiya, resurslar, proseslər, insan tələbatının təmin edilməsi, müştəri tələbatının təmin edilməsi, cəmiyyətə təsir, biznesin aparılması nəticələri kimi əldə olunan meyarlar üzrə Beynəlxalq Liderlər Klubuna üzvlüyə daxil etdi.

Bundan başqa, şirkətin fəaliyyəti Avropa Biznes Assambleyası tərəfindən yüksək qiymətləndirilmişdir. Ona, “SİQS” (İsveçrə Keyfiyyət Standartları İnstitutu) keyfiyyət sertifikatı verilmişdir. “SİQS” sertifikatının əldə edilməsi, şirkətin məhsullarının yüksək səviyyə ilə fərqlənməsini, avropa standartlarına uyğun rəqabət qabiliyyətliliyini təsdiq edir. Bununla əlaqədar, şirkətin məhsulları beynəlxalq ekspertlər tərəfindən dünya bazarına daxil olmağa tövsiyə edilə bilər.

Avropa Biznes Assambleyasının İdarə Heyəti “El & En” şirkətini iradsız işgüzar nüfuzuna, həmçinin keyfiyyət və menecment üzrə əldə olunan nəaliyyətlərə görə Avropa Biznes Assambleyasının ən yüksək mükafatı sayılan “Ən yaxşı müəssisə” ( “Best Enterprises”) mükafatına layiq görmüşdür.

Azərbaycanın Əməkdar Memarı, Beynəlxalq Şərq Ölkələri Memerlıq Akademiyasının vise-prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının professoru (UİA və UNESKO), “Şöhrət” ordeni ilə təltif edilmiş şirkətin prezidenti, Qasımzadə Elbəy Ənvər oğlu “Ən yaxşı top-menecer” sertifikatı və döş nişanı ilə mükafatlandırılmışdır.

Mükafatlandırma mərasimi və bunun şərəfinə verilən ziyafət, Vladimir Nabokov, Fyodor Dostoyevskiy, Çarli Çaplin, Nikolay Qoqol, Pey Çarlz, Ella Fitcerald, Luis Armstronq və digər möhtəşəm mədəniyyət və incəsənət xadimlərinin uzun müddət yaşaması ilə tanınan Fairmont le Montreux Palace mehmanxanasının konfrans zalında keçirilmişdır.