Haqqımızda



«EL&EN» layihə şirkəti 1998 – ci ildə Azərbaycanın Əməkdar memarı, Şərq Ölkələri Memarlığı Beynəlxalq Akademiyasının həqiqi üzvü, Beynəlxalq Memarlıq Akademiyasının professoru (UNESCO) “Şöhrət” ordenli Elbay Ənvər oğlu Qasımzadə və Beynəlxalq hüquq magistri Ənvər Elbay oğlu Qasımzadə tərəfindən təsis olunmuşdur.

Artıq on ildir ki, şirkət Bakı və Azərbaycanın digər şəhərlərində yaşayış və ictimai binalar üçün layihələr hazırlayır. Həyata keçmiş layihələr arasında “Natavan- biznes mərkəzinin”, “Park-Rezidans”, “Bulvar - Palace”, “Grand Park – 1,2,3”, “Saatlı Qüllə” (Atkins şirkəti ilə birgə) yaşayış komplekslərinin, Şəhidlər Xiyabanında “Əbədi Məşəl”, heykəltaraş Y. Orexovla birgə A.S. Puşkinin heykəli, akademik Z. Əliyevanın monumenti və parkı (heykəltaraş O. Eldarovla birgə) və başqa abidələrin adlarını çəkmək olar.

Son illərdə şirkətin yaradıcılıq kollektivi tərəfindən Qusar, Lənkəran, Gəncədə iri istirahət obyektlərinin, Qəbələdə Diaqnostika Mərkəzinin, Bakı şəhərinin Xətai rayonunda “Xabad - Or- Avner” beynəlxalq xeyriyyəçilik yəhudi cəmiyyətinin sifarişi ilə 33 sinif otağından ibarət məktəbin layihələri işlənib hazırlanmışdır. Son illər ərzində şirkət öz yaradıcılıq sərhədlərini genışləndirmişdir. Maxaçqala şəhərində Cənub – Şərq yaşayış rayonunun, Dərbənd şəhərində Dağıstan Dövlət Universitet kompleksinin, yaxin və uzaq xaric ölkələrində yaşayış və ictimai komplekslərin layihələri işlənmiş və həyata keçirilmişdir. Şirkət Memarlar İttifaqının Beynəlxalq Asossiasiyası tərəfindən keçirilən, ilin layihəsi (tikinti) üzrə Beynəlxalq baxış – sərgilərində, həmçinin milli biznes müsabiqələrində iştirak edir.

Yaradıcılıq fəaliyyəti dövründə şirkət 37 beynəlxalq diplom və dəfələrlə Gran-pri almış, həmçinin 3 dəfə “Humay” və 3 dəfə “Uğur” milli mükafatlari lauretı olmuşdur

Şirkətin memarları beynəlxalq konfranslarda və Beynəlxalq Memarlar İttifaqının qurultayında iştirak edir, xaricdə təcrübə keçirlər.

Mükafatlar